Audiovizual Şuradan Xəzər TV-nin efirindəki davaya REAKSİYA

Audiovizual Şura “Xəzər” televiziyasının efirində ekspertlə sosial problemə görə studiyaya gəlmiş şikayətçi arasında baş verən davaya münasibət bildirib.
Şuradan “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, məsələ ilə bağlı monitorinq aparılıb.
Bildirilib ki, nəticədə proqramın gedişatında xoşagəlməz halın yaşandığı təsdiqini tapıb: “Amma aparıcı və əməkdaşlar vəziyyəti sakitləşdirməyə çalışıblar. Yayımçı tərəfindən qanunvericiliyin pozuntusu halı da baş verməyib. Şura tərəfindən yayımçıya belə halların baş verməməsi ilə bağlı zəruri tövsiyə verilib. Bənzər proqramlarda belə hallar baş verir. Amma əsas odur ki, qanunvericilik pozuntusu baş verməsin. Sözügedən yayımçıya hər hansı cəza tətbiq edilə bilməz, çünki pozuntu halı aşkarlanmayıb”.
Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert Anar Vəziroğlu ilə sosial probleminə görə efirə çıxan şəxs arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












