Aviasiya nəqliyyatı mənfəətlə işləyir

Aviasiya nəqliyyatı heç vaxt Kovid-19-un fəsadlarını aradan qaldırmağa indiki qədər yaxın olmayıb. Oktyabr ayında daşımaların səviyyəsi 2019-cu ildəkinin 98,4%-i həddinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu statistika Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) oktyabr ayı ilə bağlı hesabatında əks olunub.
Assosiasiyanın məlumatına görə hər kilometrə daşınan sərnişin sayı pandemiyadan əvvəlki dövrə çox yaxın olub. Bu özünü 104,8%-lə daxili uçuşlarda daha çox göstərib.
Ən ciddi artım Çində pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qeydə alınıb. Bu ölkədə 2022-ci ilin oktyabrı ilə müqayisədə aviasiya nəqliyyatında artım tempi üçrəqəmli olub.
Lakin dünya üzrə beynəlxalq uçuşlarda artım bir qədər ləng baş verib. Bunun da səbəbi Asiya regionunun əsas turizm destinasiyalarında məhdudiyyətlərin gec aradan qaldırılmasıdır. Bununla belə hesabat dövründə 2019-cu ilin oktyabr ayındakı nəticəinin 94,4%-nə şatmaq mümkün olub.
Sərnişin statistikası da aviadaşımaların səviyyəsinin pandemiyadan əvvəlki vəziyyətə yaxın olduğunu göstərir. Əgər 2019-cu ilin oktyabrında təyyarə ilə 4,5 milyard nəfər daşınmışdısa, cari ilin oktyabnrında göstərici 4,3 milyard olub.
Mənfəətə gəlincə, 2020-2022-ci ildə 183 milyard dollar ziyanla üzləşən aviaşirkətlər bu il 10 milyard dollara yaxın mənfəət əldə edib.
Vüqar
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












