Aviasiyada ən təhlükəsiz dövr: 2023-cü il - FOTO

Aviasiya ilə bağlı 2023-cü ilə dair hesabat yayılıb. Sənəddə göstərilir ki, ötən il aviasiya təhlükəsizliyi tarixində ən yaxşı dövr olub. Bununla belə, qara siyahıya düşən aviadaşıyıcıların sayı da artıb.
Avtosfer.az xəbər verir ki, 2023-cü ildə dünyada təyyarə qəzalarında cəmi 72 nəfər həlak olub. Bu da kütləvi daşımalar başladıqdan sonra aviasiya tarixində ən yaxşı göstərici hesab edilir. Sevindirici haldır ki, bu, pandemiyadan sonra uçuşların intensivləşdiyi dövrdə qeydə alınıb. Məlumatı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası yayıb.
Qurumun hesabatına görə ötən il ölümlə nəticələnən yeganə qəza Nepalda baş verib. ATR-72 təyyarəsi eniş zamanı qəzaya uğrayaraq 72 nəfərin ölümünə səbəb olub.
Ötən il baş vermiş ölümlə nəticələnməyən 30 əzada şirkətlərə 1 milyon dollardan çox ziyan dəyib. Siyahıya şəxsi və hərbi təyyarələr aid edilməyib. Əvvəlki illərlə müqayisədə aviasiya təhlükəsizliyi sahəsində ciddi irəliləyiş hiss olunur. 2022-ci ildə baş vermiş 5 qəzada 158 nəfər həyatını itirib. Üstəgəl, son 1 ildə uçuş sayı 17% artaraq illik 37,7 milyona yüksəlib. Lakin koronavirus pandemiyasından əvvəlki göstəriciyə çatmaq hələ ki mümkün olmayıb. Assoasiasiyaya daxil olan 320 şirkət 2019-cu ildə 47 milyona yaxın uçuş keçirib.
2023-cü ildə hər milyon reys üzrə 0,8 qəza baş verib. Halbuki 2022-ci ildə göstərici 1,3 idi. Ölümlə nəticələnən qəza riski isə ötən il hər milyon uçuşa 0,03 olub.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














