Avropa İttifaqında vaksin qalmaqalı

Avropa Komissiyasının rəhbərinin birinci müavini Frans Timmermans yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlə bağlı strategiyalarının səhv olduğunu bildirib.
Lent.az-ın məlumatına görə, F. Timmermans “Tagesspiegel AM Sonntag” qəzetinə müsahibəsində həm Brüssel, həm də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vaksin alınması ilə bağlı sifarişlərində səhvə yol verildiyini qeyd edib.
Bununla belə, F. Timmermans tələsməməyə, pandemiyanın yekununda nəticə çıxarmağa çağırıb: “Yekunda biz görə biləcəyik ki, nəyi düz, nəyi səhv etmişik. Vaksinlə bağlı birgə sifariş düz qərar olardı”.
Qeyd edək ki, dünən Aİ-yə üzv 5 dövlət – Avstriya, Bolqarıstan, Latviya, Sloveniya və Çexiya vaksinin üzv dövlətlər arasında ədalətli bölüşdürülməməsi problemi ilə bağlı Aİ-nin sammitinin keçirilməsini tələb ediblər. Bu dövlətlər vaksinin Aİ-yə üzv ölkələrin əhalisinin sayı nəzərə alınmaqla proporsional qaydada bölünməsinə istəyirlər. Eyni zamanda Aİ çərçivəsindəki mövcud mexanizmin bəzi dövlətlərə ayrıca vaksin almaq üçün dərman şirkətləri ilə müqavilə bağlamasına imkan verməsini tənqid edir, bu səbəbdən Aİ-yə üzv digər dövlətlərin vaksin çatışmazlığı ilə üzləşdiyini vurğulayırlar.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












