Avropa Parlamenti Rusiya avtomobillərinə qoyulan qadağaya yenidən baxa bilər

Avropada Rusiya istehsalı olan avtomobillərə qoyulan qadağaya yenidən baxıla bilər.
Avropa Parlamentinin qətnaməsinə görə, deputatlar bu qərarı ləğv etməyə çağırırlar.
Qətnamədə deputatlar Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırış etsələr də, mövcud sanksiya rejimindəki qüsurları da qeyd ediblər. Xüsusilə, Aİ-yə daxil olanların şəxsi əşyalarının müsadirə edilməsi ilə bağlı ruslara qarşı görülən tədbirlər "ayrı-seçkilik" adlandırılıb.
"Avropa Parlamenti Avropa Komissiyasını yalnız şəxsi istifadə üçün nəzərdə tutulan əşyaların və nəqliyyat vasitələrinin müsadirəsi ilə nəticələnən sanksiyaların şərhini yenidən nəzərdən keçirməyə çağırır. Bu tip tədbirlər sanksiyaların məqsədini nüfuzdan salır" - - deyə sənəddə qeyd edilib.
Xatırladaq ki, Avropa Komissiyası sentyabrın 8-də Rusiya vətəndaşlarının şəxsi smartfonları, avtomobilləri, zinət əşyaları və noutbukları ilə Avropa İttifaqına daxil olmasının qadağan edildiyinə dair bəyanat yayıb. Bildirilib ki, Aİ sərhədindən keçən rusiyalılar özləri ilə mobil telefon, noutbuk, çamadan, kosmetika, dəri və xəz məhsulları, yarıqiymətli daşlar, tualet kağızı, şampun, diş pastası, fotoaparat gətirə bilməzlər və Aİ-nin gömrük orqanları onlara icazə verməyəcək. Həmçinin Rusiyada qeydiyyatdan keçmiş avtomobillərlə Aİ ölkələrinə daxil olmaq da qadağandır. Bu, qadağan olunmuş idxal kimi qiymətləndiriləcək. Daha sonra Polşa, Latviya, Litva və Estoniya, eləcə də Finlandiya Rusiya dövlət nömrə nişanlı avtomobilləri öz ərazilərinə buraxmaqdan imtina edib. Oktyabrın 3-də Norveç də Rusiya qeydiyyatında olan minik avtomobillərinin girişinə qadağa qoyub. (apa)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












