Avropanın ən böyük qaz yatağında hasilat DAYANDIRILDI

Niderland Avropanın ən böyük yatağı olan "Qroningen"də qaz hasilatını dayandırıb.
Bu barədə oktyabrın 1-də “De Telegraaf” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, yerli vaxtla səhər saat altıda qazın verilişi dayandırılıb. Bununla belə, soyuq qış olacağı təqdirdə, yataqda hasilat 2024-cü ildə bərpa oluna bilər. Belə olan halda hakimiyyət Niderland xalqının etirazını gözləyir.
Məlumata görə, "Qroningen" yatağında qaz hasilatı 1963-cü ildə başlayıb. 60 illik yataq Qərbi Avropa üçün əsas qaz mənbəyi, Niderland büdcəsinin isə əsas gəlir mənbəyi idi. Qeyd edək ki, qaz hasilatı ilə əlaqədar yatağın yerləşdiyi ərazidə mütəmadi olaraq zəlzələlər baş verir. Yaxın 30 il ərzində buna görə zərər çəkmiş ölkə sakinlərinə ümumilikdə 22 milyard avro məbləğində təzminat ödənilməsi planlaşdırılır.(musavat)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












