Avropanın Gənclər Paytaxtı bombalanır, Avropa susur

016-cı ildə Avropa Gənclər Forumu tərəfindən Avropa Gənclər Paytaxtı seçilən Gəncəmiz düşmən tərəfindən bombalanır, insanlar dağıntılar altında qalır, bir neçəsi dünyasını dəyişir, amma Avropa buna susur. Qəribə deyilmi?! Hər bir azərbaycanlı bu anda “Ədalətin budurmu, dünya?!” deyir.
Avtosfer.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Tibb elmləri doktoru bildirib ki, bu bir daha elə Avropanın digər vacib qurumlarının da məsələyə yanaşma ciddiyətini göstərir.
“Ümumiyyətlə tarixə də nəzər salsaq görərik ki, haqqın kimin tərəfində olduğuna baxan olmayıb, bunu tarixçilər də təsdiqləyə bilər. Həmişə müharibələrə qıraqdan baxan qüvvələrin əksəriyyəti haqqın tərəfində deyil, öz siyasi maraqlarının peşində olublar. Bugün də təəssüf ki, biz bunu bir çox Avropa ölkələrindən və qurumlarından da görürük. Onlar işə hansı ciddiyətlə yanaşır bizə bu su kimi aydındır və hansı siyasi maraqları güddükləri də heç kəsə sirr deyil”.
“Ona görə də haqq yolu müharibə yoludur. Bunu xalqımız da çox gözəl dərk edir və bu yolda həmişə olduğu kimi Ali Baş Komandanın ətrafında sıx birləşib. Biz bir şeyi unutmamalıyıq ki, qalibi heç vaxt mühakimə etmirlər, əksinə onunla və onun güclü ilə hər kəs hesablaşır. Mən əminəm ki, zaman gələcək Avropa Azərbaycanla hesablaşmalı olacaq və biz bu gün bizə qoyulan münasibəti unutmayacağıq”, tibb elmləri doktoru qeyd edib.
N.Abdullayev vurğulayıb ki, bizim indiki olduğumuz mərhələdə diaspora komitəsi ölkənin hüdudlarından kənarda fəaliyyətini daha da gücləndirməlidir:
“Ölkəmizin diaspora komitəsinin fəaliyyəti maksimum gücü ilə bugünə qədər Avropada olan əlaqələrini işə salmalıdır. Burada məqsəd isə erməni barbarlığını və zalımlığını bütün Avropanın vacib qurumları ilə yanaşı sadə vətəndaşlara da çatdırmaq olmalıdır”.
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










