Reklam

Avtobus dayanacağında dayanan sürücünü kamera çəkdi – Narazılıq yarandı

Xəbərlər 4 Dekabr 2017 12:28 Oxunub 2277
Avtobus dayanacağında dayanan sürücünü kamera çəkdi – Narazılıq yarandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi məsələnin araşdırılacağını deyir, sürücü isə protokolun ləğv edilməsini istəyir

Bakıda sürücüyə tərtib edilmiş elektron protokol onu narazı salıb. Avtosfer.az-a müraciət edən sürücü bildirir ki, noyabrın 26-da Xırdalan dairəsində avtobus dayanacağında dayanıb sərnişin mindirərkən “Təhlükəsiz şəhər” kamerası vasitəsilə onun barəsində elektron protokol tərtib olunub. Sürücü bildirir ki, qanunvericilikdə belə qayda pozuntusuna görə elektron protokol tərtib olunması nəzərdə tutulmayıb.

Hüquqşünas Ərşad Hüseynov da Avtosfer.az-a bildirdi ki, həqiqətən də tərtib olunmuş ptorokolda qanun pozuntusu var. Çünki dayanma- durma qaydasını pozan sürücünü polis əməkdaşı vizual şəkildə aşkar etdikdə onun barəsində adi qaydada protokol tərtib edir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində qeyd olunub ki, dayanma-durma qaydasını pozan şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Duracağa aparılması mümkün olmadıqda isə protokolun surəti avtomobilin ön şüşəsinə qoyulur. “Həmçinin həmin məcəllənin 122.1-ci maddəsində bu məcəllənin 346.2-ci maddəsinin tələbinin pozulmasına görə xüsusi texniki vasitənin köməkliyi ilə protokol tərtib edilməsi nəzərdə tutulmayıb. Bu Məcəllənin 76.2-ci maddəsində qeyd olunub ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir”, - deyə hüquqşünas Ərşad Hüseynov bildirib.

Sürücü onun barəsində tərtib edilmiş elektron protokola xitam verilməsini xahiş edir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, sürücü bununla bağlı İdarəyə müraciət etsə, məsələ araşdırılacaq və qanuna müvafiq qaydada tədbir görüləcək: “Düzdür, dayanma-durma qaydasının pozulmasına görə kameralar vasitəsilə elektron protokol tərtib edilməsi nəzərdə tutulmur. Lakin çox istərdik ki, gələcəkdə qanunvericilikdə bunla bağlı hansısa dəyişiklik etməklə belə xətaya görə elektron protokol tərdib edilməsinə imkan verilsin. Təsəvvür edin, təkcə paytaxtda 660-dan çox avtobus dayanacağı var və onlardan hamısının olmasa da ən azı 50 faizinin qarşısında bir neçə minik avtomobili, xüsusilə də taksilər dayanır. İndi hesablayın, bu sürücülər haqqında tədbir görülməsi üçün hər dayanacaqda neçə əməkdaş xidmət aparmalıdır ki, orada qayda-qanun yaransın? Amma belə növ qayda pozuntuları foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlansa heç bir sürücü nəinki avtobus dayanacağında, ümumiyyətlə dayanmanın qadağan olunduğu yerlərdə avtomobilini saxlamayacaq. Bu həm sürücləri qayda pozuntusuna yol verməkdən çəkindirər, həm də sürücü ilə YPX inspektorunun təmasını azaldar ki, bununla da yersiz mübahisələrin qarşısı alınar.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh