Аvtobus parkının yenilənməsi ilə bağlı daşıyıcılara XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə marşrut şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.
Bunu Trend-in ictimai nəqliyyatın hazırkı vəziyyəti, köhnə və standartlara cavab verməyən avtobuslar, sərnişinlərin narazılığı ilə bağlı suallarını cavablandırarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, hazırda bu istiqamətdə marşrut şəbəkəsinin əlçatanlıq, səmərəlilik və keyfiyyət səviyyəsini əhatə edən kompleks təhlillər aparılır.
"Əhalinin sərnişindaşıma xidmətlərinə əlçatanlığının artırılması məqsədilə sərnişin axınına uyğun yeni marşrutların təşkili və ya mövcud marşrutların hərəkət sxemlərində dəyişikliklərin edilməsi, habelə marşrutlar üzrə operativ idarəetmənin təmin olunması üçün müsabiqələrin keçirilməsi və sərnişindaşıma xidmətində innovativ metodların tətbiq olunması da daxil olmaqla, bir sıra tədbirlər həyata keçiriləcək. Optimallaşdırma tədbirləri çərçivəsində yeni və rahat, nağdsız ödəniş sisteminə keçidi dəstəkləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə sərnişin daşımalarının təşkili hədəflənir. Bu baxımdan qarşıda duran hədəflərə nail olmaq üçün avtobus parkının yenilənməsi, sürücü bazasının genişləndirilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi ilə bağlı daşıyıcılara xəbərdarlıq edilib",- deyə sədr qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












