Avtobus sürücülərinin köhnə peşəsi - Yolun ortasında sərnişin düşürürlər- VİDEO

Dayanacaqdan kənarda avtobusu saxlayıb sərnişin düşürür. Sürücülər isə çəkiliş apardığımızı görən kimi əli ilə üzünü gizlədib dayanacağa doğru hərəkət edir. Görüntülər paytaxtın Sabunçu-Zabrat yolundandır. Günün pik saatlarında yolda hərəkətə mane olan amillərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi müəyyən dəyişikliklər edib. Amma görünən odur ki, bu dəyişikliyə riayət edən bir dənə də olsun avtobus sürücüsü yoxdur. Hətta yolda dəyşiklik zamanı yerüstü piyada keçidinin yaxınlığında - hər iki hissədə səki boyunca dəmir məhəccərlər vurulub ki, avtobuslar həmin ərazidə saxlayıb sərnişin düşürməsin.
Avtobuslar keçidin yanında dayandığı üçün sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşməli olurlar. Bu da onların təhlükəsizlikləri baxımından ciddi risk yaradır. Mövcud mənzərə həmin yoldan istifadə edən sürücülərin də narazılığına səbəb olur.
Sürücülər isə bu addımlarını sərnişinlərin onları həmin ərazidə gözləmələri ilə əlaqələndirirlər. Halbuki əgər sürücü avtobusu yalnız dayanacaqda saxlasa, sərnişinlər də məcbur qalıb orda dayanarlar. Bir neçə saat həmin ərazidə apardığımız çəkiliş zamanı şahidi olduq ki, qəsəbələrdən üzü ''Koroğlu'' mübadilə mərkəzinə doğru hərəkət edən bütün avtobuslar dayanacaqda saxlamır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sekrtor müdri Mais Ağayev Avtosfer.az-a bildirdi ki, qeyd edilən ünvanda nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə yeni dayanacaq məntəqələri müəyyən edilib. Bununla bağlı daşıyıcılara da müvafiq xəbərdarlıq olunub. Məsələ ilə bağlı həmin yoldan keçən marşrut xətləri üzrə daşıyıcılar Bakı Nəqliyyat Agentliyinə çağırılacaq..
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












