Avtobusa bilet alan qadını sürücü aparmadı - VİDEO

Avtobusa bilet alan qadını sürücü aparmayıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı Beynəlxalaq Avtovağzal Kompleksində olub. Əzizə Məmmədovanın sözlərinə görə, bir neçə gün əvvəl avtovağzala gələrək Bakıdan Qubaya getməkdən ötrü 2 manat 70 qəpiyə bilet alıb. Qadın avtobusa yaxınlaşıb minmək istəyəndə sürücü ona avtobusda boş yer olmadığını bildirərək aparmaqdan imtina edib.
Qadın iddia edir ki, sürücü onu bilet aldığına görə aparmayıb. Ondan sonra gələn sərnişinlərdən 4 manat nəğd gediş haqqı alaraq avtobusa mindirib. Əlacsız qalan qadın bir neçə saat gözləyərək Bakıdan Qubaya gedən növbəti avtobusa minib.
Məsələ ilə bağlı Bakı Beynəlxalaq Avtovağzal Kompleksindən bildirdilər ki, bu gün iş günü deyil. Bu səbəbdən də qadının iddiası həftənin birinci günü araşdırılacaq. Əgər qadın haqlı çıxarsa sürücü və sahibkar cəzalandırılacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












