Avtobusda başını qızın çiyninə qoyub yatan azərbaycanlı ölkədən qovulur

Fevralın 10-da Rusiyanın Nijni Novqorod şəhərində qəribə hadisə yaşanıb.
Avtosfer.az yerli mediaya istinadla bildirir ki, avtobusda bir kişi sərnişin başını qızın çiyninə qoyaraq yatıb. Bunu görən digər kişi sərnişinlərdən biri ona düzgün dayanmasını bildirib. Lakin yuxudan ayılan oğlan sərt cavab verib və mübahisə yaranıb.
Məlum olub ki, həmin şəxs 2019-cu ildə işləmək üçün Rusiyaya gələn azərbaycanlı olub. Həmin vaxtdan vətəndaş Bor şəhərində məskunlaşıb, orada ofisiant və fəhlə işləyərək, Nijni Novqorodda kirayə mənzil tutub. Hadisə baş verən günü də azərbaycanlı yorğun halda işdən evə qayıdırmış. Miqrantın iş vizasının 2023-cü ildə vaxtı bitdiyi və onun qanunsuz olaraq Rusiya Federasiyasında yaşadığı üzə çıxıb.
Polis həmin şəxsi tapıb və izahat alıb.
Azərbaycanlı isə davranışına görə bağışlanmasını istəyib. Yerli KİV-in məlumatına görə, o, inzibati xətaya görə cərimədən qurtula bilməyəcək - onun deportasiyasına miqrasiya xidməti qərar verəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












