Avtobuslardan şikayətlərin sayı artıb - Yol polisindən açıqlama

Bu gün Yasamal rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının sərnişindaşıma şirkətlərini hədəfə alması, avtobusları cərimə meydançasına aparması barədə xəbər yayılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, bu barədə yazılanlar əsassızdır. Çünki Yasamal DYPŞ tərəfindən cəmi bir avtobus saxlanılıb ki, o da hazırda cərimə meydançasındadır. 90 ND 393 nömrə nişanlı "Daewoo" markalı avtobusun üzərində sığorta borcuna görə həbs qərarı var. Bundan başqa, Nərimanov rayonunda qəza yerindən yayınmağa görə axtarış verilib. 2 aydan artıq ödənilməyən cərimələrə görə isə saxlanılma qərarı verilib.
Vaqif Əsədov deyib ki, son vaxtlar avtobusların qayda pozuntusu ilə bağlı şikayətlər çoxalıb: "Ötmə-manevr qaydalarını çox pozurlar. Dayanacaqdan kənar avtobus saxlayaraq sərnişin mindirib-düşürürlər. Yolayrıclarında qayda pozurlar, qarşı yola çıxaraq təhlükə yaradırlar. Bunlara qarşı ciddi tədbirlər görülür. Həmin tədbirlər zamanı Yasamal DYPŞ əməkdaşları 20 Yanvar dairəsində tədbir keçirərkən 90 ND 393 nömrəli avtobus saxlanılıb. Avtobusda sərnişin olmayıb. Qanun çərçivəsində tədbir görülüb".
Elmin
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












