Avtodayanacaq talonunun itirilməsinə görə cərimə qanunsuzdur - Məhkəmə qərar verdi

Azərbaycanda vəkil avtodayanacaq talonunun itirilməsinə görə cəriməninin qanunsuz olduğunu məhkəmədə sübuta yetirərək ona dəymiş mənəvi zərərin ödənilməsini təmin edib. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat paylaşıb. O bildirib ki, vəkil Firdovsi Qasımov sözügedən məsələni birinci instansiya məhkəməsində qaldırsa da, əvvəlcə vəsatəti qəbul edilməyib: "Məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus dayanacaqlarda avtomobilin saxlanmasına görə sürücüyə talon (bilet) verilir. Həmin talon itirildiyi halda, sürücüdən saxlanmaya görə muzddan əlavə cərimə (10 manat) də tutulur. Təbii, bu qanunsuzdur. Çünki talon müqavilə şərti deyil, yalnız avtodayanacağın öz öhdəliklərini yerinə yetirməyə yardım edən vasitədir.
Lakin sürücülər, bir qayda olaraq, mübahisə etmədən cəriməni ödəyirlər. Bir sıra səbəbdən qanunu bilmirlər, məbləğ kiçikdir, hüquqi yardımın alınması nisbətən bahadır, dövlət orqanı ilə çəkişmənin mənasız olduğunu düşünürlər və s. Hətta hüquqşünaslar da bəzən belə "xırda" mübahisələrə baş qoşmaq istəmir. Amma xoşbəxtlikdən onların da arasında istisnalar var. Belələrindən biri ölkəmizin ən savadlı hüquqşünaslarından biri Firdovsi Qasımovdur.
O, nəinki cərimənin qanunsuzluğu, həmçinin ona vurulmuş mənəvi zərərin də əvəzinin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməsə də, Apellyasiya Məhkəməsi şikayətini təmin edib. Cərimə də qanunsuz hesab edilib, mənəvi zərərin də əvəzinin ödənilməsi qət edilib. Bununla da bu kimi işlərdə mühüm presedent yaranıb".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












