Avtomobil satan radara düşdü, protokol maşının yeni sahibinə gəldi - FOTO

Avtomobilin keçmiş sahibi radara düşsə də, cərimə yeni sahibinə gəlib.
"MediaPost" bildirir ki, Bakı şəhər sakini Vəfadar Qurbanov may 8-də 99-HV-631 dövlət nömrə nişanlı, "Daewoo Damas" markalı maşın alıb. Avtomobil rəsmi şəkildə sənədləşdirilib və texniki şəhadətnamə dəyişib. Amma nömrə saxlanılıb. May ayının 11-də isə vətəndaş Vəfadar Qurbanovun AsanPay kabinetində ayın 8-də aldığı avtomobil ilə bir həftə əvvəl, yəni ayının 1-də Bakı-Quba yolunda radara düşdüyü barədə məlumat yerləşdirilib. Eyni zamanda SMS məlumat da verilib. AsanPay-da yerləşdirilən fotolarda inzibati xətanı törədən şəxsin avtomobilin əvvəlki sahibi olduğu görünür. Amma cərimə yeni sahibinə gəlir.
Vətəndaş məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 902 qaynar xəttinə müraciət etmək istəsə də, cəhdləri boşa çıxıb. Belə ki, xidmət davamlı olaraq məşğul olub.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
















