Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı - VİDEO

Avtomobili icbari sığorta olunan şəxsə 3 dəfə cərimə yazılıb. Hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib. O, ötən ilin oktyabr ayının 25-də dövlət qeydiyyat ''90-VS-037'' olan avtomobilini növbəti 1 il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.
Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyatı qurumlara ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı avtomobilin sığorta olunduğu şirkətlə əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, avtomobilin sığortasının qüvvəyə minməməsinin səbəbi sistemdə yaranan texniki problem olub. Buna görə də, avtomobilə cərimə protokolu tərtib edilib. Bu gündən həmin müqavilə qüvvəyə minib. Həmçinin o da bildirildi ki, sığorta şirkət tərəfindən sürücüyə yazılan həmin cərimələr də bu gün ödəniləcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












