Avtomobilinə vinil çəkdirən sürücü onu qeydiyyata saldıra bilmir - Video

Avtomobilinin üzərinə vinil çəkdirən sürücü bir aydan çoxdur ki, onu qeydiyyata saldıra bilmir. Avtosfer.az-ın məlumatına görə, Bakı sakini Turan Əliyev qanunvericiliyin tələbinə uyğun olaraq, avtomobilinin üzərinə göy rəngdə vinil çəkdirdiyini, rəngdəyişməni qeydiyyata salmaq üçün lazım olan bütün sənədləri topladığını deyir.
Turan Əliyev deyir ki, əlində bütün sənədlər olsa da, Baş Dövlət Yol Polisi İdarəsi sənədləşməni həyata keçirmir. Əsas kimi isə o göstərilir ki, qanunvericilikdə vinillə rəngdəyişmə nəzərdə tutulmayıb.
Yaranmış problem səbəbindən 1 aydan çoxdur ki, sürücü avtomobilini idarə edə bilmir. İndi Turan Əliyev onu öyrənmək istəyir ki, avtomobilinin rəngdəyişməsinin hansı qanununun, hansı müddəasına əsasən imtina edilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yol hərəkətinin təhlükəsizliyi baxımından dünya təcrübəsində də avtomobillərin rənginin boya əvəzinə vinillə dəyişdirilməsi məqsədəuyğun hesab edilmir. Avtomobilin rəngi isə ancaq zavodun müəyyənləşdirdiyi sahə standartlarına uyğun boya ilə dəyişdirilə bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












