Avtomobillər toqquşdu, söyüş söyüldü, məktəbin yaxınlığında qan töküldü - GƏNCƏDƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nahid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.
İttihama görə, hadisə 28 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, Nahid Qədirov tanışının idarə etdiyi “ZAZ Tavriya” markalı avtomobilində sərnişin qismində olduğu zaman həmin nəqliyyat vasitəsi digər şəxsin idarə etdiyi “QAZ-3110 101” avtomobillə toqquşub. Həmin şəxslərin arasında qəzanın maddi xərclərinin bölüşdürülməsi səbəbindən mübahisə yaranıb. Narazılıqları aradan qaldırılması məqsədi ilə hadisə yerinə təqsirləndirilən şəxsin tanışı, zərərçəkmiş Samir Fətəliyev (şərti) gəlib. Mübahisə zamanı zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra Nahid həmin gün saat 23 radələrində Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Samirlə görüş təyin edib. Görüş zaman onların arasında mübahisə baş verib. Nəticədə o, özü ilə götürdüyü bıçaqla Samirin sol bazu və qarın nahiyəsinə 3 dəfə qəsdən zərbə vuraraq, ona xəsarətlər yetirib.
Pravda.az
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












