Avtomobillərdən oğurluq edən şəxsdən narkotik aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə oğurluq hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Daxil olan müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Elvin Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlaması müəyyən edilib.
Həmçinin, saxlanıldıqda E.Məmmədovun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












