Avtomobillərin könüllü sığortasına yığımlar 38% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
Avtosfer.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 9 milyon 181 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 512 min manat və ya 38% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 6 milyon 669 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 3 milyon 306 min manat təşkil edib ki, bu da illik müqayisədə 574 min manat və ya 21% çoxdur.
Əvvəlki ilin eyni dövründə 2 milyon 732 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 36% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 41% təşkil edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












