Avtosalon əməkdaşı məcburi köçkünün pulunu mənimsədi - VİDEO

Avtomobillərin satış mərkəzində işləyən şəxs oradan avtomobil alan həmkəndlisini aldadaraq pulunu mənimsəyib. Avtosfer.az-ın məlumatına görə, hadisə Bərdədə məskunlaşan Laçın rayonundan köçkün olan Nəsir Əsədovun başına gəlib. O iddia edir ki, tanışı olan Seymur Əliyev Bakıda bir avtomobil dilerinin satış mərkəzində çalışır. Ona inanaraq 2014 ildə həmin mərkəzdən lizinq yolu ilə avtomobil götürüb. Seymur Əliyev Nəsirdən ilkin ödəniş kimi 2700 manat pul alıb. Bundan sonra Nəsir aylıq 302 manatı Bakıya- Seymura göndərirmiş ki, satış mərkəzinə ödəsin. Təxminən 1 ay əvvəl isə onun maşınına həbs gəlib. Məlum olub ki, satış mərkəzində çalışan Seymur kəndlisi Nəsir Əsədovu aldadıb.
Nəsir Əsədovun dediyinə görə, həmkəndlisi ondan aldığı aylıq ödənişləri son 6 ayda heç ödəməyib. Avtomobilə isə saxta etibarnamə verilib.
Hazırda onun borcu olduğuna görə avtomobili əlindən alınıb. İndi Nəsir Əsədov avtomobilə olan 1800 manat borcunu ödəyib maşını geri almaq istəsə də, buna nail ola bilmir. Satış mərkəzindən isə bildirilib ki, satış meneceri olan Seymur Əliyev yol verdiyi nöqsanlara görə işindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı Bərdə Rayon Dövlət Yol Polisi idarərsindın bildirdilər ki, avtomobilin saxlanması barədə avtomobilin məxsusu olduğu MMC tərəfindən yol polisinə rəsmi məktub daxil olub. Aradşırma zamanı məlub ki, Nəsir Əsədov avtomobili idarə etmək ücün 1 aylıq yol vərəqsəinin vaxtı 6 ay bundan əvvəl bitib. Sözügedən avtomobil məxus olduğu MMC-yə təhvil verilib. Hüquqşünaslar isə bildirir ki, Nəsir Əsədov hüquq-mühafizə orqanlarına müraciət etməklə öz problemini həll edə bilər.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










