Avtoyuma məntəqəsində sürücünün bahalı qol saatı oğurlandı - FOTO

Bakıda məşhur avtoyuma məntəqəsində sürücünün bahalı qol saatı oğurlanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nizami rayonunda yerləşən avtoyuma məntəqələrindən birində baş verib.
Belə ki, 1987-ci ildə Gəncə şəhərində anadan olmuş Elşad Həsənov (soyad şərti) işlədiyi yerdə “Chevrolet” markalı “Malibu” modelli avtomobilin sürücüsünün üzərində “Perrelet 1777” (A1047/D0472) yazıları olan qol saatını oğurlayıb.
Təqsirləndirilən şəxs saxlandıqdan sonra bazar dəyəri altı min manat olan qol saatını zədələnmiş halda qaytarıb. Saatın kəməri qırılıb ki, onun da qiyməti 450-500 manatdır.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elşad cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməyəcək və üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.
Qaynarinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












