Aya uçuş: NASA raketinin ilk görüntüləri - FOTO

ABŞ aerokosmik agentliyi NASA astronavtları Aya aparacaq raketin müxtəlif hissələrini bir yerə toplayaraq, ilk dəfə tam şəkildə nümayiş etdirib.
BBC xəbər verir ki, uçuşun 2023-cü ildə baş tutacağı gözlənilir.
Floridadakı Kennedi adına Kosmik Mərkəzdə nümayiş olunan raketin əsas hissəsi 65 metr uzunluğa malikdir. Bundan əlavə, kosmik gəmi dörd ədəd güclü mühərrik, yanacaq çənləri və hər birinin uzunluğu 54 metr olan iki sürətləndirici ilə təchiz olunub.
Raketin ilk uçuşu artıq bu il həyata keçiriləcək. Plana əsasən, əvvəlcə NASA kosmik gəmini “Artemida 1” missiyası çərçivəsində Aya göndərəcək. İlk uçuşda insanlar iştirak etməyəcək. 2023-cü ildə isə artıq astronavtların iştirakı ilə “Artemida 3” missiyası baş tutacaq. Yeni nəsil “Orion” kosmik gəmisi Aya, oradan da Venera planetinə yola düşəcək.
Qeyd edək ki, bu səfərdə iştirak edən astronavtlar 1972-ci ildə “Appalon 17” missiyasından sonra Aya ayaq basan ilk insanlar olacaq.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












