AYNA sədri mikromobil nəqliyyat vasitələri üzrə sifərişlərin sayını açıqladı - FOTO

Mikromobil nəqliyyat vasitələri üzrə 2024-cü ilin sentyabrından bu ilin aprelinədək 1,4 milyon sifariş qəbul edilib və icra edilib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda bu gün Bakıda keçirilən ictimai müzakirədə deyib.
O qeyd edib ki, bu səfərlərin böyük hissəsi şəhərin mərkəzində həyata keçirilir. 770 min nəfər mikromobillik vasitələrindən istifadə edib:
"Səfərlərin 70 faizi 3 km məsafəyə qədər olan hissələri əhatə edir. Bakıda velosipedlərin sayı beynəlxalq təcrübədən daha yüksəkdir. Əlavə sifarişlər də veriləcək".
Onun sözlərinə görə, bu il ərzində özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın əlavə ekoloji təmiz avtobusların alınıb Bakıda istismara verilməsi nəzərdə tutulur.
"Bununla yanaşı, Bakı şəhərində avtobus zolaqları şəbəkəsi genişləndirilib. Optimallaşdırılmış avtobus marşutu şəbəkəsinin tətbiqi həyata keçilir. Təsadüfi deyil ki, görülən işlərin nəticəsi olaraq Bakı şəhərində 2023-cü illə müqayisədə avtobuslarla sərnişin daşımalarında 6% artım qeydə alınıb. Bu da təxminən 30 milyon sərinişinjn əlavə olaraq daşınması deməkdir. Avtobusların sayının artılması nəticəsində bir avtobusla gün ərzində daşınan sərnişinlərin sayı 2023-cü ildə 630 nəfər idisə, bu göstərici 2024-cü ildə 620 nəfər, 2025-ci ildə isə 560 nəfər olub. Bu, onun göstəricisidir ki, şəhərdə kifayət qədər avtobus var", - sədr əlavə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












