Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır” - FOTO

Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, bu məlumatlar tam əsassızdır. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Belə olan halda sənədin saxta olub-olmaması müəyyən edilə bilər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.
Qeyd edək ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır.
AYNA taksi sürücülərinə yalan vədlərə aldanmamağı tövsiyə edir. Vətəndaşlara təlimlərdə iştirak etmək üçün AYNA-nın Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət etmələri xahiş olunur.
Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Bu günədək 11 min 691 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı













