AYNA taksi fəaliyyəti üçün 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib

Azərbaycanda taksi fəaliyyəti üçün 15 il məhdudiyyətinin hansı qaydada tətbiq ediləcəyinə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, əgər avtomobil 2010-cu il istehsalıdırsa, bu zaman iyulun 1-dək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınmalıdır.
Belə olan halda, bir ildən - yəni avtomobilin yaşının 15 ili tamamlamasından sonra həmin nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.
Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.
Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı isə 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. (Apa)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












