Azad edilmiş ərazilərdə tapdığı silahı gizlədən şəxs saxlanılıb

Bərdədə silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənov Sərxan Baloğlan oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib.
Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















