AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə həyata keçirdiyi reyslərdə daha komfortlu təyyarələrdən istifadə etmək qərarına gəlib.
Avtosfer.az İsrail mətbuatına istinadən xəbər verir ki, sentyabrın ilk günlərindən Bakı-Tel-Əviv-Bakı istiqamətində həyata keçirilən aviareyslərdə “Airbus A319” təyyarələrinin əvəzinə “Boing 787 Dreamliner” təyyarələrindən istifadə olunacaq.
Hələ ki, planda 1, 8, 11 və 21 sentyabrda reallaşdırılacaq uçuşlar üçün təyyarələrin dəyişdirilməsidir. Aviaşirkət Bakı-Tel-Əviv-Bakı reyslərini mümkün qədər rahat etmək üçün bortların dəyişdirilməsini davam etdirməyi planlaşdırır.
Bu arada isə İsrailin turizm naziri Konstantin Razvozov yerli “El-Al” aviaşirkətinə Təl-Əvivdən Bakıya əlavə reyslərin açılması imkanlarına baxmasını təklif edib. Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında sıx tarixi və mədəni əlaqələr var: "İsraildən olan turistlər hər zaman qonaqpərvər Azərbaycana səfər etməklə bağlı arzularını, istəklərini ifadə edirlər. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına töhfə vermək üçün əlimdən gələni edirəm, xüsusən də hava nəqliyyatının genişləndirilməsi istiqamətində fəal işləyirəm”.
Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə deyib ki, Azərbaycanla İsrail arasında turizm sahəsində güclü əlaqələr var: “2021-ci ildən Tel-Əvivdə turizm ofisimiz fəaliyyət göstərir ki, bu da israilliləri dost Azərbaycanda rahat, maraqlı, təhlükəsiz istirahət haqqında daha geniş, ətraflı məlumatlandırmaq məqsədi daşıyır. Koronavirus (COVID-19) pandemiyasından sonra biz hər iki istiqamətdə turistlərin sayında artım müşahidə edirik və hava nəqliyyatının aktivləşməsi bu prosesə əlavə təkan verəcək. Yeni uğurlar əldə etmək üçün səylərimizi davam etdirəcəyik”
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












