AZAL-dan xüsusi təklif: Dubay, Ər-Riyad və Nyu-Delhi marşrutu üzrə endirimlər - FOTO

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bir sıra məşhur istiqamətlərə - Dubay, Ər-Riyad və Nyu-Delhi şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, təklif çərçivəsində endirimli aviabiletləri 20-29 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 24 fevral-27 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. Nyu-Delhi şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir.
Bu şəhərlər sərnişinlərə unudulmaz səyahət təcrübəsi vəd edir və müxtəlif mətbəx, tarixi və memarlıq nümunələrinə qərq olmaq imkanı yaradır.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
AZAL ilə sərfəli qiymətə səyahət etmək fürsətini qaçırmayın!
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












