AZAL-ın Bakı-Milan reysinin sərnişinləri xüsusi imkanlardan yararlana biləcəklər

“Azərbaycan Hava Yolları” (AZAL) ilə Bakı-Milan istiqaməti üzrə səyahət edən sərnişinlər indi İtaliyanın məşhur “The Mall Firenze” və “The Mall Sanremo” ticarət mərkəzlərində xüsusi imkanlardan yararlana bilərlər.
Avtosfer.az xəbər verir ki, imtiyazlar AZAL və İtaliyanın lüks sinifli alış-veriş sahəsində ixtisaslaşan “The Mall Luxury Outlets” şirkəti arasında yeni əməkdaşlıq sayəsində mümkün olub.
Əməkdaşlıq sərnişinlərə “Gucci” butikinə və “Tax Free Lounge” zalına prioritetli giriş, həmçinin içkilər və birgə layihədə iştirak edən butiklərdə alış-veriş zamanı 10%-ə qədər endirim təqdim edir. Biznes sinifi sərnişinləri əlavə olaraq “V.I.P. Lounge by Poltrona Frau” zalına giriş imkanı əldə edirlər. Qeyd edək ki, bu üstünlüklərdən faydalanmaq üçün sərnişinlər minik talonlarını təqdim etməlidirlər.
İmtiyazlar Bakı ilə Milan arasında uçuş edən sərnişinlərin səfərlərini daha rahat və xoş etmək məqsədini daşıyır. AZAL müştərilərin gözləntilərini qarşılamaq və səyahətləri unudulmaz etmək üçün öz xidmətlərini genişləndirməyə davam edir.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO













