AZAL-ın istədiyi qiyməti qoyur, xalqı narazı salır - Quru sərhəd problemi yenə aktuallaşdı

“Naxçıvana biletlərin qiymətini 10 manat qaldırmaq imkansız əhali üçün böyük zərbədir”. Bu sözləri Bakupost.az-a millət vəkili Fazil Mustafa deyib. O, quru sərhədlərin açılması ilə bağlı problemlərin həll olunmasının vacibliyini bildirib: “Quru sərhədlərin açılması ilə bağlı məsələ həqiqətən ictimaiyyəti ciddi narahat edir. Təbii ki, burada pandemiyanın yaratdığı təhlükələrlə bağlı müəyyən problemlər var, amma bu problemlər yekunlaşmalıdır. Hesab edirəm ki, bu məsələ ətrafında ciddi müzakirə aparmaq lazımdır. Quru sərhədlərin açılması insanlarımızın vəziyyətinin xeyli yüngülləşməsinə gətirib çıxara bilər. İnsanlar sərhədlərin bağlı olması nəticəsində daha çox təyyarə vasitəsilə bir məntəqədən digərinə gedirlər ki, bu da çox bahalı olur”.
Millət vəkilinin sözlərinə görə AZAL-ın istədiyi şəkildə qiymət təqdim etməsi xalqın narazılığına səbəb olur:
“Quru sərhədlərin bağlı olması, AZAL-ın istədiyi şəkildə qiymət təqdim etməsi xalqın çox ciddi narazılığına səbəb olur. Ona görə də vətəndaşlara alternativlər vermək lazımdır. Gürcüstandan olan minlərlə insan doğma torpaqlarına gedib-gələ bilmir. Eyni zamanda, Rusiyadan olan vətəndaşlarımız da çətinlik içərisindədir. Bu səbəbdən quru sərhədləri çox bağlı saxlamaq olmaz. İlk növbədə, vətəndaş məmnunluğunu düşünmək lazımdır.
Müstəqil qaydada qiymət qaldırılırsa, əvvəlcədən bunu müzakirə etmək lazımdır ki, vətəndaş bu yükü çəkə bilir, yoxsa yox. Naxçıvan biletlərini 10 manat qaldırmaq imkansız əhali üçün böyük zərbədir. Qarabağı işğaldan azad etdikdə sonra vətəndaşların vəziyyətini yüngülləşdirmək əvəzinə, daha da ağırlaşdırma yolu seçilir. Bu da arzuolunan nəticə deyil. Buna görə də quru sərhədlərin açılması məsələsinə təcili baxılmalıdır. Bu istiqamətdə inandırıcı qərar qəbul olunmalıdır. Sərhədlər açılmayacaqsa da, vətəndaşlara bunun səbəbləri ilə bağlı geniş izahat verilməlidir”.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










