AZAL Londonun daha bir hava limanına uçuşlara başlayıb - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 17-dən Bakıdan Londonun daha bir hava limanına — Qetvikə reyslərin icrasına başlayıb.
Avtosfer.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, AZAL-ın London Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutun açılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarının sayını 6-ya çatdırıb.
Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində atılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədini daşıyır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















