AZAL yüzlərlə insanın həyatını təhlükəyə atır

Bu gün saat 12:20-də İstanbuldan Bakıya uçmalı olan təyyarə nasazlıq ucbatından hələ ləngiyir.
Bu barədə AFN.az-a həmin reyslə paytaxta gəlməli olan sərnişinlər məlumat veriblər. Bildirilir ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Ordubad” adlı təyyarə iyun ayının 29-da da nasazlıq səbəbindən gecikib: “Belə çıxır ki, AZAL rəhbərliyi yüzlərlə insanın həyatını təhlükəyə atır və bundan narahat deyil. Biz qorxuruq bu təyyarə ilə yola çıxmağa”.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlunatı təsdiqlədilər. Bildirildi ki, gecikməyə səbəb kondisioner sistemi ilə yaşanan problemdir: “Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar”.
Mətbuat Xidmətindən təyyarənin bundan əvvəl də nasazlıq səbəbindən gecikməsi haqda məlumatı təsdiqləmədilər
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












