AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində keçirilən əmək yarmarkasında iştirak edib.
Avtosfer.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, AZAL Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinin işlə təmin olunması məqsədilə 15 vakansiya təqdim edib. Vakansiyalar siyahısında təhlükəsizlik inspektoru, yanğınsöndürən-xilasedici, yanğın avtomobili sürücüsü, daxiliyanma mühərriklərinin maşinisti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı və təmiri üzrə mühəndis, təmirçi-çilingər, qazanxana operatoru və rabitə texniki yer alıb.
Əmək yarmarkasında AZAL-ın əməkdaşları ziyarətçilərə mövcud vakansiyalar haqqında məlumat verib, namizədləri qeydə alıb və kadr seçiminin səmərəliliyinin təmin edilməsi üçün məlumatların təhlilini aparıblar. Yarmarka zamanı təqdim olunan vakant yerlərə 20-yə yaxın vətəndaş müraciət edib.
Daxil olan bütün müraciətlər ən qısa zamanda diqqətlə nəzərdən keçiriləcək və tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibədən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.
AZAL “Böyük Qayıdış” proqramını aktiv şəkildə dəstəkləyir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki beynəlxalq hava limanı — Füzuli və Zəngilan aeroportları fəaliyyət göstərir. Bu hava limanlarında ümumilikdə 80-ə yaxın əməkdaş çalışır.
AZAL-ın Zəngilanda keçirilən əmək yarmarkasında iştirakı qurumun işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmin edilməsinə və sosial-iqtisadi inkişafın təşviq edilməsinə xüsusi diqqət ayırdığını vurğulayır.
Qeyd edək ki, yarmarkaya 23-ü özəl şirkət, 3-ü dövlət qurumu olmaqla 26 işəgötürən qatılıb. Təqdim olunan vakansiyaların ümumi sayı 253 təşkil edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














