Banner

“Azərbaycan Dəmir Yolları” xalis mənfəətini 3 dəfədən çox artırıb

Xəbərlər 20 Oktyabr 2023 12:18
“Azərbaycan Dəmir Yolları” xalis mənfəətini 3 dəfədən çox artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2022-ci ili 86,156 milyon manat xalis mənfəətlə başa vurub.

Avtosfer.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,3 dəfə çoxdur.

Son nəticədə qurumun yığılmış zərəri 1,9 % azalaraq 4 345,349 milyon manata düşüb.

Ötən il ADY-nin yükdaşıma gəlirləri 525,498 milyon manat (əvvəlki ilə nisbətən 32,1 % çox), tikinti gəlirləri 20,953 milyon manat (2,5 dəfə az), sərnişindaşıma gəlirləri 4,826 milyon manat (2,6 dəfə çox), sair gəlirləri 50,131 milyon manat (35,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 83,518 milyon manat (13,1 % çox), əməkhaqqı, maaş və əlaqəli ödənişləri 204,15 milyon manat (15,6 % çox), elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri 63,61 milyon manat (17,6 % çox), nəqliyyat xərcləri 116,357 milyon manat (8,1 % çox), ticari və sair debitor biorcları üzrə dəyərsizləşmə zərəri 1,579 milyon manat (46,9% az), sair xərcləri 52,512 milyon manat (2 dəfə az), maliyyə xərcləri 44,598 milyon manat (25 % az), xarici valyuta mübadiləsindən xalis gəlirləri 71,909 milyon manat (34,5 % az), mənfəət vergisi ödəmələri isə 20,837 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 milyard 271,549 milyon manat olub ki, bu da illik müqayisədə 16,9 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 10,5 % azalaraq 2 milyard 444,613 milyon manata düşüb, balans kapitalı isə 98,6% artaraq 1 milyard 826,936 milyon manata çatıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

Oxunub 474
ŞƏRH YAZ
Ad

E-mail

Şərh