Azərbaycan əhalisinin yanacaq xərcləri 10 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 449,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Ötən 2 ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












