Azərbaycan, Ermənistan və Rusiyanın baş prokurorları görüşdü - FOTO

Bu gün Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Kamran Əliyev 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib. Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Qarabağa qanunsuz səfərlərin yolverilməzliyi diqqətə çatdırılmış və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib. Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləyiblər.

Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










