“Azərbaycan” gəmi-bərəsi dünyanın ən yaxşı 50 gəmisi sırasında yer alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) “Significant Ship 2021” reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib. Bu, Cəmiyyətin mütəmadi dərc etdiyi siyahıda əksini tapıb.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, dünyanın ən qədim gəmiqayırma cəmiyyətinin seçiminə görə ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə Odessanın Dəniz Mühəndisləri Bürosunun hazırladığı layihə əsasında inşa olunan “Azərbaycan” gəmi-bərəsi təyinatı, ölçüsü və tipi baxımından dünyanın 50 ən yaxşı gəmilərindən hesab olunur.
RİNA-nın şərtlərinə görə, ekspertlər ötən il istifadəyə verilən gəmiləri nəzərdən keçirərək rəylərini bildirir və buna əsasən də siyahını müəyyən edirlər.
Ən yaxşıların seçimi zamanı dünya sularında üzən kruiz laynerlərin, bərələrin, supertankerlərin, konteyner və avtomobil daşıyan gəmilərin əsas texniki parametrləri əsas götürülür.
“Azərbaycan” gəmi-bərəsi 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən gəmi-bərə 2021-ci il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












