Azərbaycan gəmiləri bir aydan çoxdur Gürcüstan limanında növbə gözləyir - RƏSMİ AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinə görə Gürcüstanda logistika ilə bağlı problemlər yaranıb.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda “Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.
“Ukrayna limanları bağlı olduğuna görə, Gürcüstan limanları həddindən çox yüklənib. Qonşu ölkədə Qazaxıstanın 9-10, Özbəkistan və Azərbaycanın isə 4 gəmisi bir aydan çoxdur ki, növbə gözləyirlər. Limanların vəziyyəti nəzərə alınmalı, onlara əlavə investisiya qoyuluşu həyata keçirilməlidir”, - deyə o qeyd edib.
“Hazırda Qazaxıstan və Özbəkistan yükləri orta dəhlizlə daşınır və gələcəkdə də daşına bilər. Karqo daşımalarının müvəqqəti olmaması üçün orta dəhlizə əlavə pul qoyulmalıdır”, - deyə S.Uzan əlavə edib.
“Report”
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












