Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarışlar keçirilib - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarışlar keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunan yarışların açılış mərasimində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsinə daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.
Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.
On iki komanda üzrə 214 nəfər hərbi idmançının iştirak etdiyi yarışların yekununda qalib komanda və idmançılara kubok, medal və diplomlar təqdim edilib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












