Azərbaycan Ordusunun qəhrəman döyüşçüsü Mayor Fərid Ələkbərov

Üç il əvvəlin bu günü Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri Xankəndinin qapısı ağzında dayanmışdılar. Mayor Fərid Ələkbərov da onların arasında idi.
Bir gün əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər Xiyabanından Şuşa müjdəsini vermiş, Azərbaycanın mədəniyyət paytaxtının 28 il 6 ay davam edən işğaldan azad edildiyini bildirmişdi. Bu möhtəşəm xəbərin verdiyi şövqlə qəhrəman əsgərlərimiz yüz ildir terror yuvasına çevrilmiş Xankəndidəki terrorçu rejimin təslim olmasını gözləyirdilər. Şuşa əməliyyatının iştirakçılarından olan Fərid Ələkbərov da digər döyüşçü yoldaşları kimi, xanın kəndinə - Xankəndi şəhərinə bayraq sancmaq eşqi ilə alışıb yanırdı. Amma namərd gülləsi onu noyabrın 9-da Xankəndinin girişində haqladı...
Azərbaycan Ordusunun mayoru olan Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olmuşdu. Əslən Bakının Nardaran kəndindən idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda savaşdı. Noyabrın 9-da Şuşa-Xankəndi yolunda düşmən tankından atılan mərmi onun həyatına son qoydu. Son mənzili İkinci Şəhidlər Xiyabanı oldu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra “İgidliyə görə”, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
2022-ci ildən Bakının Yasamal rayonundakı küçələrdən biri Fərid Ələkbərovun adını daşıyır.
Şübhəsiz ki, bu gün Fəridin də, digər şəhidlərimizin də ruhu şaddır. Çünki üç il əvvəl arzusunda olduqlarını şanlı Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabrında keçirilən anti-terror əməliyyatı zamanı gerçəkləşdirdi. Bu gün üçrəngli Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə hərbi parad qəbul edir.
Haqqınız ödənməz, igidlər! Ruhun şad olsun, cənab mayor!
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı













