Azərbaycan Prezidenti: "Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir"

“Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə, onsuz da, qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”.
Avtosfer.azxəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək, ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1-2 gün sonra açıqlama veririk. Bunun da taktikası var”, - Prezident vurğulayıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












