Azərbaycan QHT-lərinin Ermənistanın vəhşiliyi ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏTİ

Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumları ilə bağlı Azərbaycan QHT-ləri BMT-nin Baş katibi və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb.
Mütraciətdə deyilir:
“Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari ilin sentyabrın 27-də başlatdığı hərbi təcavüzü ilə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.
Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.
Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.
Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.
Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticə yönümlü addımlar atmağa çağırırıq”.
Müraciət Azərbaycanın 45 QHT-si tərəfindən imzalanıb.
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB










