Azərbaycan traktor istehsalını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 239 traktor istehsal olunub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
Dövlət Statistika Komitəsinə verdiyi məlumata görə, təkcə may ayında 77 vahid sözügedən texnikadan buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 6,9% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 70 traktor təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 300 traktor istehsal olunub, bu da illik müqayisədə 66,9% azdır. Ölkədə traktorların istehsalı ötən ilin may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam edib və bu ilin fevralından yenidə bərpa olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan xaricdən 44,458 mln. ABŞ dolları (75,579 mln. manat) dəyərində 1 986 vahid müxtəlif növ traktor idxal edib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












