Azərbaycan, Türkiyə və Gürcüstanla birgə hərbi təlimlər keçiriləcək

Azərbaycanda ölkəmizlə yanaşı Türkiyə və Gürcüstanın iştirakı ilə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri üzrə birgə hərbi təlimlər keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlər 13-18 may tarixinə planlaşdırılıb.
Hərbi qurum, həmçinin Konyada Türkiyə, Azərbaycan, Qətər, Polşa, Rumıniya və Səudiyyə Ərəbistanının da iştirak etdiyi “Anadolu Ankası-2024” təliminin uğurla davam etdiyini vurğulayıb.
Qeyd edək ki, mayın 6-da başlayan beynəlxalq təlim mayın 17-nə qədər davam edəcək. Təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












