Banner

Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərib - FOTO

Xəbərlər 25 Noyabr 2023 20:00 Oxunub 792
Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan minatəmizləmə üçün Ukraynaya maşın göndərib.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb.

“Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə maşını göndərib. Həmçinin, texnikanın istehsalçı şirkətinin nümayəndələri Ukraynaya gəlib və mütəxəssislərimiz üçün treninqlər keçirəcəklər. Sonra avtomobil işğaldan azad edilmiş ərazilərin humanitar minatəmizlənməsini həyata keçirən Fövqəladə Hallar Xidmətinin istehkamçılarına kömək etmək üçün yollanacaq”, - deyə səfir qeyd edib. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh