Azərbaycan və Türkmənistan birbaşa aviareyslərin bərpasını nəzərdən keçirir

Azərbaycan və Türkmənistan pandemiya səbəbindən dayandırılan hava nəqliyyatı ilə sərnişindaşımaların ikitərəfli bərpa olunması imkanlarını nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bunu "Caspian Energy Club"”ın təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkmənistan beynəlxalq "Online B2B Forum" çərçivəsində çıxış edən Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Ovezgeldi Cumanazarov deyib. Onun sözlərinə görə, söhbət Türkmənistan Prezidentinin ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında hava əlaqəsinin açılmasına dair imzalanan sənəddən gedir.
"Sənədə əsasən, həm AZAL, həm də "Türkmənistan Hava Yolları" həftədə iki uçuş həyata keçirəcək. Hazırda məsələ nəzərdən keçirilir, lakin son qərar ölkə hökumətlərindən asılıdır", - deyə O. Cumanazarov qeyd edib.
Yükdaşımalara gəldikdə, səfirliyin rəsmisi qeyd edib ki, ölkələr arasında hazırda həm ikitərəfli, həm də tranzit olaraq logistik əlaqələr mövcuddur və bu sahədə heç bir problem müşahidə olunmur.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












