Azərbaycan xilasediciləri Laçın dəhlizinə alternativ yolda

Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 20:00-da nəqliyyatın hərəkətinə açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, yol boyu Rusiya sülhməramlıları yerləşdirilib. Bildirilib ki, yeni yolda Azərbaycan xilasediciləri də xidmətə cəlb olunub. Onlar vətəndaşların təhlükəsiz çıxışına nəzarət edirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiyi görünür.
Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.
Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Modern.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












