Azərbaycana ən çox bu ölkədən motosiklet ixrac edilir

İranın motosiklet və ehtiyat hissələri ixracı öncəkimüvafiq dövrlə (21 mart 2022 -20 mart 2023) müqayisədə 12,5% artıb. Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini, Gömrük Administrasiyasının baş direktoru Məhəmməd Rezvanifər deyib. Onun sözlərinə görə, ötən il İran 8,63 milyon dollar dəyərində motosiklet və ehtiyat hissələri ixrac edib. Motosiklet və ehtiyat hissələri, əsasən, İraq, Əfqanıstan və Azərbaycana ixrac olunub. Rezvanifər deyib ki, ötən Il ümumilikdə İran təxminən 133 milyon dollar dəyərində avtomobil və ehtiyat hissələri ixrac edib. Bu da öncəki illə müqayisədə 25,2% artımın olduğunu göstərir.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən il İranın qeyri-neft məhsul ixracı 49,3 milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranın qeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 8,87% azalıb, çəki baxımından 9,82% artıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












