Azərbaycana gələn reperin Şəmkirdəki ferması sökülür - VİDEO - FOTO

Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirovun Şəmkir rayonunda tikintisini apardığı ferması sökülür.
Azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.
“Şəmkir meriyası fermanı sökmək üçün kiçik kəndimizə gəlib. Kömək edən və etməyən hər kəsə təşəkkür edirəm”, - deyə o, bildirib.
O, fermada mal-qaranın su içməsi və balıqçılıq üçün hətta göl tikintisi işlərinin getdiyini deyib.
“Bir sözlə, Dubay və Tailanddan sonra kəndə gəldim və ilhamlandım. Qərara gəldim ki, dünya dərdlərindən uzaq dura biləcəyim, həmçinin təbiətə və heyvanlara daha yaxın ola biləcəyim yer tikim. Torpaq nənəmin mülkü olduğu üçün tikintiyə başladım. Məlum oldu ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub, əslində elə gördüyüm iş də budur, ancaq dedilər “yox!” və sökməyə başlayıblar. Axı şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm...
Kədərliyəm, çünki müraciət etməliyəm, amma bilmirəm, bacarmıram və etməyəcəyəm. Ümid edirəm ki, hökumətdən kimsə bunu görüb mənə kömək edəcək!”, - deyə Nəvai bildirib.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












